Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda ötən ay təmir olunmuş yol yenə çöküb - VİDEO

Sumqayıtda ötən ay təmir olunmuş yol yenə çöküb - VİDEO

Tarix: 13 Iyun 2022 12:52

Sumqayıtda Kamran Hüseynov küçəsində yenicə təmir edilmiş yol yenidən çöküb. Yenə də həmin istiqamətdə avtomobillərin hərəkəti dayandırılıb , alternativ yol işə düşüb. Aidiyyəti qurum da məsələdən xəbərdardır. Və təmir ilə əlaqədar bu dəfə başqa plan hazırlandığını biliriblər. Verilən vədə görə  1 aydan sonra yol yenidən vətəndaşların ixtiyarında olacaq.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Sumqayıtda yenicə təmirdən çıxan yol yenə çöküb. Hadisə şəhərin 20-ci məhəlləsində baş verib.

Hazırda həmin istiqamətdə avtomobillərin hərəkəti dayandırılıb və alternativ yoldan istifadə edilir.

Sumqayıt su kanal idarəsinin baş mühəndisi Mahir İmanovun sözlərinə görə yolun çökməsinə səbəb kanalizasiya borusunun yenidən partlaması olub.

Məlumata görə təmir işləri yekunlaşdıqdan sonra ərazidə avtomobillərin hərəkətinə icazə veriləcək.

Milli.Az


Etiketlər:  Sumqayıtda ötən təmir olunmuş yenə çöküb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ