Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynadakı beynəlxalq legiona 55 ölkədən könüllülər qoşulub

Ukraynadakı beynəlxalq legiona 55 ölkədən könüllülər qoşulub

Tarix: 13 Iyun 2022 23:50

Ukraynada Rusiyanın hücumu ilə əlaqədar yaradılmış beynəlxalq legiona dünyanın 55 ölkəsindən könüllülər qoşulub.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu rəqəmi Ukraynanın beynəlxalq müdafiə legionunun nümayəndəsi Damyen Maqru brifinqdə səsləndirib.

Onun sözlərinə görə, legionda bütün qitələrdən, hətta Braziliya, Cənubi Koreya, Avstraliya kimi uzaq ölkələrdən könüllülər var.

Maqru, həmçinin bildirib ki, legionda amerikalılar və britaniyalılar çoxluq təşkil edir. Onlardan sonra polyaklar, kanadalılar və müxtəlif ölkələrin nümayəndələri gəlir.

Beynəlxalq legionun nümayəndəsi informasiyanın məxfiliyini əsas gətirərək, legionerlərin ümumi sayını açıqlamaqdan imtina edib. O, maliyyələşmə məsələsinə dair suala cavab verərkən qeyd edib ki, beynəlxalq legion Ukrayna Silahlı Qüvvələrinin tərkibinə daxildir və müdafiə büdcəsindən maliyyələşir.


Etiketlər:  Ukraynadakı beynəlxalq legiona ölkədən könüllülər qoşulub


RƏYLƏR