Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2019 12:52
“Səbail”lə qarşılaşmaya yaxşı hazırlaşmağa çalışırıq. Bizim üçün hər oyun çox vacibdir. Səfərdə oynayacağımız bu matçdan yaxşı nəticə ilə ayrılmaq istəyirik. Arxada qalan dörd turda yalnız bir qələbə qazanmışıq. Bu da demək olar ki, çox azdır. Hər matç final xarakteri daşıyır. Əlimizdən gələni edib, ən yaxşı oyunumuzu nümayiş etdirib, səfərdən lazım olan xal, qələbə ilə dönmək niyyətindəyik”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin kapitanı Anar Nəzirov Azərbaycan Premyer Liqasının 5-ci turunda "Səbail"lə oyun öncəsi klubun saytına deyib.
Ötən tur “Sabah”la səfər matçında əldə olunan 1:0 hesablı qələbənin əhəmiyyətini vurğulayan 34 yaşlı qapıçı qarşıdakı rəqib barədə də fikirlərini bölüşüb: “Əlbəttə, “Sabah” üzərində ötən turda qazanılan qələbə bizim üçün çox vacib idi. Bu komandaya əlavə özünəinam bəxş etdi. Çünki buna qədər həm qol vura bilmirdik, həm xal qazanmırdıq. Paytaxt səfərində isə qol da vurduq, qələbə də qazandıq. Bundan sonra hər şey qaydasına düşdü. “Səbail” turnir cədvəlində də üst pillələrdə qərarlaşıb. Güclü komandadır. Hər görüşdə sürpriz etməyə qadir komandadır. İstəyimiz odur ki, onlarla matçda da əlimizdən gələni edərək qalib gələk”.