Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna qoşunları Xersonun 18 kilometrliyindədir

Ukrayna qoşunları Xersonun 18 kilometrliyindədir

Tarix: 14 Iyun 2022 08:40

Ukrayna qoşunları hazırda Xerson əyalətinin 18 kilometrliyindədir, düşmənin cənub istiqamətində cəmləşdiyi ərazilərə kütləvi artilleriya zərbələri endirir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri üç kilometr geriyə çəkilməli olub. Amma Arestoviçin sözlərinə görə, bu, heç bir şəkildə döyüşlərin gedişinə təsir göstərmir.

Prezident Ofisi rəhbərinin müşaviri əlavə edib ki, Ukrayna döyüşçüləri artilleriya cəhətdən yaxşı təmin olunduğundan əks batareya döyüşünün keyfiyyəti xeyli artıb. Bu, hazırda Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusuna qarşı döyüşdüyü bütün ərazilərə aiddir.

Milli.Az


Etiketlər:  Ukrayna qoşunları Xersonun kilometrliyindədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ