Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan əsasən hansı ölkələrə məhsul ixrac edir?

Azərbaycan əsasən hansı ölkələrə məhsul ixrac edir?

Tarix: 14 Iyun 2022 18:56

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr müəyyən olunub.

Dövlət Statistika Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, 2022-ci ilin yanvar-aprel aylarında ixracın 49,3 faizini İtaliyaya, 10,7 faizini Türkiyəyə, 4,6 faizini İsrailə, hər biri 3,4 faiz olmaqla Portuqaliya və Birləşmiş Krallığa, 3,1 faizini Yunanıstana, 2,8 faizini Hindistana, 2,7 faizini Ukraynaya, 2,6 faizini Gürcüstana, 2,3 faizini İspaniyaya, 2,0 faizini Tailanda, 1,7 faizini Rusiyaya, 1,6 faizini Almaniyaya, 1,5 faizini Tunisə, 1,1 faizini İsveçrəyə, hər biri 1,0 faiz olmaqla Rumıniya və Vyetnama, 0,8 faizini Çexiyaya, 4,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (34,6 faiz), Rusiyaya (19,9 faiz), Gürcüstana (6,3 faiz), İsveçrəyə (5,3 faiz), ABŞ-a (4,1 faiz), İtaliyaya (3,3 faiz), Braziliyaya (2,0 faiz), Niderlanda (1,9 faiz), Özbəkistana (1,4 faiz), Qazaxıstana (1,4 faiz), Rumıniyaya (1,4 faiz), Latviyaya (1,2 faiz), Argentinaya (1,2 faiz), Çinə (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.


Etiketlər:  Azərbaycan əsasən hansı ölkələrə məhsul ixrac edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ