Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2022 19:54
Keçən həftə məşhur müğənni Britni Spirslə nişanlısı Sem Askerinin baş tutan toyunun təfərrüatları məlum olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, cütlük ifaçının xeyrinə nikah öncəsi müqavilə bağlayıb. Bildirilib ki, müqaviləyə əsasən Sem Britninin onunla evlənməzdən əvvəl qazandığı pulu tələb etməyəcək.
Yeri gəlmişkən qeyd edək ki, müğənninin sərvəti təxminən 60 milyon dollar qiymətləndirilir.
Toydan sonra Britni və Sem Kaliforniya ştatının Calabasas şəhərində 11,5 milyon dollara aldıqları yeni evə köçüblər. Maraqlı məqam isə ondan ibarətdir ki, ifaçının keçmiş həyat yoldaşı Kevin Federlaynın evi də yaxınlıqda yerləşir. O, Britnidən olan iki oğlu ilə burada yaşayır.
Media Britninin oğullarının və qardaşının toyuna niyə gəlmədiyini də öyrənib. "People" insayderlərə istinadən verdiyi məlumata görə, ulduzun övladları Şon Preston və Ceyden Ceyms diqqət cəlb etməmək üçün şənlikdə iştirak etməyiblər və bu, evliliyə qarşı deyillər.
Britninin qardaşı Brayan toya dəvət alsa da mərasimdə iştirak edə bilməyib. Bəlli olub ki, həmin gün onun qızı ibtidai məktəbi bitirib. Bu barədə paylaşım edən Brayan bacısının toyunda iştirak etmədiyinə görə özünü pis hiss etsə də qızı üçün başqa yerdə olmalı olduğunu vurğulayıb.