Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2022 20:30
Məhkəmə Amerikada "Ərimi necə öldürüm" və "Səhv ər" kitabının yazarı Nensi Krempton Brofi barəsində qərarı açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, həyat yoldaşı Deniel Brofini öldürdüyü təsdiqlənən yazar barəsində ömürlük həbs qərarı qəbul olunub. Amma onun 25 ildən sonra şərti azadlığa çıxmaq hüququ əlindən alınmayıb. Müvafiq qərarı ABŞ-ın Oreqon ştatının məhkəməsi verib.
Qeyd edək ki, 2018-ci ildən həbsxanada olan Nensi cinayətin işləndiyi silahı romanlarındakı gerçəkliyi artırmaq üçün aldığını və kitabın yazılmasına vasitə olduğunu söyləyib.