Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2022 12:46
Afrikanın 14 ölkəsində yaşayan 346 milyondan çox insan artıq ciddi ərzaq böhranı ilə üzləşib.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin tviter səhifəsində bildirilib.
Bunlar Mavritaniya, Burkina Faso, Somali, Efiopiya, Keniya, Cənubi Sudan, Konqo, Sudan, Nigeriya, Mərkəzi Afrika Respublikası, Çad, Kamerun, Niger və Malidir.
Bundan əvvəl Afrikanın bir sıra ölkələrində qıtlıq təhlükəsi fonunda 2022-ci ilin sonuna kimi 150 mindən çox miqrantın Cənubi Avropaya üz tutacağı deyilirdi.
Qeyd edək ki, bu vəziyyət Ukraynada limanların bağlanması ilə əlaqədardır.
Ukraynanın anbarlarında Misir, Banqladeş, Livan, Türkiyə, Tunis, Yəmən və bir sıra digər ölkələrə ixrac üçün nəzərdə tutulan 20 milyon ton buğda, arpa və qarğıdalı var.