Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2022 23:40
ABŞ-ın hesablamasına görə Ukraynanın gündəlik hərbi itkiləri təxminən 100 ölü və 200-300 arası yaralıdır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley Brüsseldəki mətbuat konfransında deyib.
"Müharibədəki itkiləri qiymətləndirmək hər zaman çətin olub. əksər vaxtlarda isə ilk dövrlərdə qiymətləndirmə yanlış olub. Bəzən düzgün qiymətləndirmə üçün aylar, illər tələb olunur. KİV-də görürük ki, Ukrayna Silahlı Qüvvələrində hər gün 100 nəfər ölür, 200-300 nəfər yaralanır. Deyərdim ki, bu bizim qiymətləndirməmizə yaxındır. Lakin dəqiq rəqəmi demək istəmirəm" - deyə general qeyd edib.