Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident yalan deyir, mitinqə qatılmayacağıq

Prezident yalan deyir, mitinqə qatılmayacağıq

Tarix: 16 Iyun 2022 08:44

Prezidentin iyunun 16-a elan etdiyi mitinqə Gürcü Arzusu Partiyası qatılmayacaq.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Gürcü Arzusu Partiyasının rəhbəri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, prezidentin elan etdiyi aksiya hazırlıqsızdır və buna görə də Gürcü Arzusu bu aksiyaya qoşulmayacaq:

"Hazırlıqsız mitinq keçirəndə təbii ki, iştirakçı sayı, maddi-texniki təminat və s. baxımdan ciddi çatışmazlıqlar olacaq. Biz hazırlıqsız mitinqə qoşulmayacağıq. Prezidentin bu təşəbbüsü tamamilə qeyri-ciddidir".

Kobaxidze, həmçinin, prezidentin dünənki brifinqinin Gürcüstana namizəd statusunun verilməsinə qarşı olduğunu bildirib və brifinq zamanı yalan danışdığını da qeyd edib:

"Təəssüf ki, Salome Zurabişvilinin dünənki brifinqi birbaşa Gürcüstana namizəd statusu verilməsinə qarşı yönəllib. Zurabişvili bir tərəfdən radikal müxalifətin Brüsseldə dövlət əleyhinə fəaliyyət göstərdiyini deyir, digər tərəfdən isə Milli Hərəkatın dövlət əleyhinə qurduğu kampaniyasının yalanlarını açıq şəkildə təkrarlayır. Salome Zurabişvilinin ötən ilin iyulunda Gürcüstanın Ukrayna və Moldova ilə müqaisədə birinci yerdə olduğu, ancaq indi sonuncu olduğu haqda bəyanatına yalnız ən sərt reaksiya verilə bilər. Prezidentin bu qiymətləndirməsi yalandır və heç bir əhəmiyyəti yoxdur".

Qeyd edək ki, Prezident Salome Zurabişvili Gürcüstanın Avropa inteqrasiyasına sadiqliyini göstərmək üçün 16 iyun tarixində vətəndaşları aksiyaya dəvət edib.


Etiketlər:  Prezident yalan deyir mitinqə qatılmayacağıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ