Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2022 11:24
Qızılın qiyməti ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclasının nəticələrinin açıqlanması və tənzimləyicinin inflyasiya proqnozunu artırmasından sonra cümə axşamı səhər bahalaşıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, Nyu-Yorkun "Comex" birjasında qızılın avqust fyuçersləri 12,9 dollar və ya 0,71% bahalaşaraq 1 unsiyası üçün 1 832,5 dollar təşkil edib. Gümüşün iyul fyuçersləri isə 1,01% artaraq 1 unsiyası üçün 21,673 dollar olub.
Xatırladaq ki, ötən gün FES-in iki günlük iclası başa çatıb. Martda tənzimləyici qurum cari il üçün inflyasiya proqnozunu 4,3%-dən 5,2%-ə yüksəldib. May ayının nəticələrinə görə, ABŞ-da illik inflyasiya 1981-ci ildən bəri rekord səviyyəyə çataraq 8,6% təşkil edib.
Qeyd edək ki, uçot dərəcəsinin artırılması qızılın bahalaşmasına, dolların isə zəifləməsinə səbəb olur. Bu, qızılı satınalmalar üçün daha çox əlçatan edir.