Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

47 yaşlı aktyor göldə boğularaq öldü

47 yaşlı aktyor göldə boğularaq öldü

Tarix: 16 Iyun 2022 11:30

"Quldur Peterburq" və "Ölümcül qüvvə" filmlərinin aktyoru Əl Ualidi Camal göldə boğularaq dünyasını dəyişib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Mərakeş əsilli aktyor Sankt-Peterburqda istirahət mərkəzində Lembolovski gölündə boğularaq həyatını itirib.

Camalla iyunun 11-dən əlaqə saxlamaq mümkün olmayıb. Ayın 14-də isə istirahət mərkəzinin inzibatçısı polislə əlaqə saxlayıb və suda kişi siluetini gördüyünü bildirib. Aktyorun cəsədi ölümün dəqiq səbəbini müəyyən edə bilmək üçün tibbi ekspertizaya aparılıb.

Qeyd edək ki, Camal 47 yaşında vəfat edib. O, "Xüsusi qüvvələr", "Milli Təhlükəsizlik Agenti-4" və "Qara qarğa" kimi ekran işlərində rol alıb.


Etiketlər:  yaşlı aktyor göldə boğularaq öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ