Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu üçlük Ukraynanı ''yumşaltmağa'' çalışır

Bu üçlük Ukraynanı ''yumşaltmağa''  çalışır

Tarix: 16 Iyun 2022 14:10

Fransa Prezidenti Emmanuel Makron, Almaniyanın kansleri Olaf Şolts və İtaliyanın baş naziri  Mario Draqi Ukraynada birgə rəsmi səfərdədirlər.

Sonxeber.net bildirir ki, Onlar Kiyev yaxınlığındakı İrpenə baş çəkiblər.

Ukraynadakı müharibənin ilk günlərindən Kiyev uğrunda savaşda ən önəmli məntəqəyə çevrilmiş İrpendə fevralın 25-də ukraynalı hərbçilər körpünü parlatmış, bu minvalla Rusiya qoşunlarınınnı irəliləyişin qarşısını almağa çalışmışdılar.

İrpen daha sonra Rusiya qoşunlarının sürəkli və ağır bombardmanlarına, raket zərbələrinə məruz qalmışdı.

Şəhər uğrunda döyüşlər başa çatandan sonra orada 290 dinc sakinin cəsədləri aşkarlanmışdı.

Ukraynanın daxili işlər nazirinrin müşaviri Viktor Andrusivin dediyinə görə, Fransa, İtaliya və Almaniya liderləri Prezident Volodimir Zelenskini RF-nin dövlət başçısı Vladimir Putinlə danışıqlar masası arxasına oturmağa vadar etməyə çalışırlar.

Onlar Ukraynanın Avropa İttifaqına üzvlüyə namizəd statusunu əldə etməsinin müqabilində bəzi ərazilərini Rusiyaya güzəştə getməsini istəyirlər.


Etiketlər:  üçlük Ukraynanı yumşaltmağa çalışır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ