Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Narkotikə görə üzümə baxmırdılar'' - Aktyor

''Narkotikə görə üzümə baxmırdılar'' - Aktyor

Tarix: 17 Iyun 2022 12:35

Amerikalı məşhur aktyor Bredli Kuper "SmartLess" proqramında qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Hollivud ulduzu verilişdə spirtli içki və narkotik maddə asılılığından əziyyət çəkdiyini etiraf edib. O, zərərli vərdişlərindən aktrisa Emi Polinin həyat yoldaşının köməyi ilə azad olduğunu bildirib:

"Şənliklərin birində özümü axmaq kimi aparırdım. Mənimlə kobud zarafatlar edirdilər və gülürdülər. Bu, həyat tərzim haqda düşünməyə təkan verdi. Həmin gün ilk dəfə narkotik və spirt içki aludəçisi olduğumu başa düşdüm. Özümü itirmişdim, kokaindən aslı vəziyyətdə idim. Sanki yenidən məktəbə gedirdim. Məni klublara buraxmırdılar, qızlar üzümə baxmırdılar. Depressiyaya düşürdüm. Uill mənimlə bu çətin məsələni danışmağa risk etdi və 2004-cü ildə doğru yolu tapdım".

Qeyd edək ki, Bredli Kuper rusiyalı model İrina Şeyklə sevgili olub. Onların bir qızı var.

Milli.Az


Etiketlər:  Narkotikə görə üzümə baxmırdılar Aktyor


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ