Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Səs ilahidən gəlməlidir, o ya var, ya da yoxdur - FOTO

“Səs ilahidən gəlməlidir, o ya var, ya da yoxdur - FOTO

Tarix: 18 Iyun 2022 11:05

"Bu gün mənim doğum günümdür. Çox təşəkkür edirəm ki, məni ilk təbrik edən siz oldunuz. Hər zamankı kimi sizin saytınız bizi diqqətdə saxlayır. Adətən gecə saat 12-ni keçəndən sonra təbriklər alıram. İlk təbriklər təbii ki, əzizlərimdən, qohumlarımdan, tələbələrimdən, bacım Xuramandan, oğlum Fərid və gəlinimdən olur. Çox sevinirik ki, xalqımız bizim sənətimizi sevir və dəyərləndirir. Bu sevgi, bu hörmət bizi yaşadır, ruhlandırır".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, "Şöhrət", "Şərəf", "İstiqlal" ordenli opera müğənnisi Fidan Qasımova deyib. Fidan xanım daha sonra əlavə edib.

"Əlbəttə ki, qadın hər yaşda gözəldir. Mənim də yaşımın üstünə yaş gəlir. Bilirsiniz ki, 75 yubiley yaşıdır. Bu yaş məni heç də məyus etmir. Elə insanlar var ki, buna görə fikir edirlər, ruhdan düşürlər. Mən isə əksinə, sevinirəm ki, ömrümü musiqi ilə bağlamışam, xalqın sevimlisi olmuşam. Dünyanın bir çox ölkələrində Mozart, Cüzeppe və bir çox dünya bəstəkarlarının əsərlərini oxusaq da, hər zaman ölkəmizi, musiqimizi, bəstəkarlarımızı təbliğ etmişik. Bircə məqsədimiz, amalımız var idi, Azərbaycanı tanıtmaq. Çox şükür ki, mən də, Xuraman xanım da buna nail olduq. İtaliyadan Beynəlxalq laureatı ilk dəfə sənətçilər içərisində mən Azərbaycana gətirmişəm. Böyük Britaniyanın Kembric universitetinin ensiklopediyasına adım yazılan yeganə Azərbaycanlı sənətçiyəm. Bu Azərbaycan üçün böyük bir qazanc idi" deyə sənətkar bildirib.

Böyük sənətkar gənc vokalçılardan tövsiyyələrini də əsirgəməyib.
"Səs ilahidən gəlməlidir, o ya var, ya da yoxdur. Çalışın səsinizin üstündə daim işləyin, onu qoruyun. Çünki səsiniz sizi dünyaya tanıtdıracaq, sevdirəcək. Səsinizə dırnaqarası, qeyri-ciddi yanaşmayın. Bu hər kəsdə olmur, onu qoruyun, qədrini bilin" deyə sənətkar bildirib.


Etiketlər:  Səs ilahidən gəlməlidir yoxdur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ