Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2022 16:08
Kaliforniya Universitetinin "DigiHealth" laboratoriyasının bir qrup tədqiqatçısı "Google Pixel-4" smartfonundan istifadə etməklə Altsheymer xəstəliyinə diaqnoz qoymağı öyrəniblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Verge" alimlərə istinadla bildirib.
Tədqiqatçıların fikrincə, insan gözləri Altsheymerin aşkarlanmasına kömək edə bilər. Xüsusi tətbiqin köməyi ilə "Pixel 4"-ün ön kamerasına göz bəbəyi çəkilir və məlumatlar laboratoriyaya göndərilir.
Alimin sözlərinə görə, hələlik bu cür tədqiqatlar kliniki laboratoriyada nəzarət edilən şəraitdə və xüsusi avadanlıqların köməyi ilə aparılır.
Hazırda mütəxəssislər ev şəraitində smartfondan alınan məlumatların əlavə araşdırmalar üçün istifadə edilməsinin mümkün olub-olmadığını araşdırılar.
O da vurğulanır ki, "Pixel 4" ilə Altsheymerin diaqnozu sifət skanı ilə kilid açmaq üçün istifadə edilən infraqırmızı kamera sayəsində mümkün olub.