Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ-dən Ukraynaya İLK ŞƏRT: İstanbulda açıq elan olunan...

Aİ-dən Ukraynaya İLK ŞƏRT: İstanbulda açıq elan olunan...

Tarix: 18 Iyun 2022 19:06

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbul Konvensiyası kimi tanınan Məişət Zorakılığının Qarşısının Alınması üzrə Avropa Şurasının Konvensiyasının ratifikasiyası haqqında qanun layihəsini Ali Radaya təqdim edib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, sənədlə bağlı məlumat parlamentin saytında dərc olunub.

Mənbələri məlumatına görə, Rada deputatları qanun layihəsinə iyunun 20-də baxa bilərlər.

İstanbul Konvensiyasının ratifikasiyası tələbi Aİ üzvlüyünə namizəd statusunun təsdiqi üçün ilkin şərt kimi bəzi Aİ-yə üzv dövlətlər tərəfindən özəl olaraq səsləndirilib.

İstanbul Konvensiyası hələ 2011-ci ildə Ukrayna tərəfindən imzalanıb, lakin kilsələrin və mühafizəkar siyasətçilərin orada istifadə edilən "cins" ifadəsinə etirazları səbəbindən hələ də ratifikasiya olunmayıb.

Xatırladaq ki, Avropa Şurasının "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" İstanbul Konvensiyası 2011-ci ildə Avropa Şurası Nazirlər Kabinetinin İstanbulda keçirilən toplantısında ölkələrin qoşulması üçün açıq elan olunub.


Etiketlər:  dən Ukraynaya İLK ŞƏRT İstanbulda açıq elan olunan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ