Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2022 20:34
İspaniyanın Balear adalarının Palma de Mallorca şəhərindəki 11 restorandan ibarət qrup pis geyinmiş turistləri qorxutmaq üçün geyim kodu tətbiq edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, "Palma Beach" qrupunun üzvü olan bütün restoranlar müştərilərin "Smart Chic" adlandırdıqları məcburi geyim kodunu skan edib yoxlaya bilmələri üçün QR kodları tətbiq ediblər.
Xüsusilə, bu geyim kodu köynək, çimərlik geyimi, karnaval kostyumları, eləcə də küçə satıcılarından alınan aksesuarlar, məsələn, günəş eynəyi, papaq və ya pariklə müəssisəyə daxil olmağı qadağan edir.
Həmçinin sərxoş turizmi təbliğ edən adalarda qızıl zəncir, papaq, köynək və ya başqa şirkətlərin loqoları olan paltar geyinən turistlər bu 11 restorana daxil ola bilməzlər.
Dres kodunun tətbiqi Balear adalarının təklif etdiyi turizm modelini dəyişdirmək üçün daha geniş cəhdin bir hissəsidir.