Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna ''Avroviziya'' ilə bağlı qərara etiraz etdi

Ukrayna ''Avroviziya'' ilə bağlı qərara etiraz etdi

Tarix: 20 Iyun 2022 15:38

Xəbər verdiyimiz kimi, iyunun 17-də Avropa Yayım Birliyi (AYB) "Avroviziya 2023" beynəlxalq mahnı müsabiqəsinin Ukraynada keçirilməsinin mümkünsüzlüyü ilə bağlı rəsmi açıqlama yayıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, yarışın builki qalibi "Kaluş" qrupunun solisti Oleq Psyuk təşkilatrçıların qərarını şərh edərək, komandasının bu qərardan məyus olduğunu bildirib:

"Biz həqiqətən ümid edirik ki, bu, hələ də hansısa yolla dəyişdirilə bilər. Çünki biz həqiqətən də "Avroviziya"nı Ukraynada keçirmək istəyirik və Silahlı Qüvvələrimiz hər kəsin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi edəcək. Ona görə də AYB-dən və qərar verən hər kəsdən xahiş edirik ki, bizə bir az vaxt verin. Sübut edəcəyik ki, hər şey olması gərəkdiyi kimi olacaq".

Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson da məsələyə münasibət bilidirərək vəziyyəti belə şərh edib:

"Fakt odur ki, Ukrayna qalib gəlib və onlar buna layiqdirlər. İnanıram ki, onlar "Avroviziya" mahnı müsabiqəsinə ev sahibliyi edə bilərlər və etməlidirlər. Hələ bir il var. Ona qədər Ukraynada sülhün bərqərar olacağına inanıram".


Etiketlər:  Ukrayna Avroviziya ilə bağlı qərara etiraz etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ