Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2022 15:38
İşğaldan azad edilmiş ərazilərdə ikinci ''Ağıllı kənd'' layihəsi Füzuli rayonunun Dövlətyarlı kəndində həyata keçiriləcək. Prosesə yaxın vaxtlarda başlanacaq.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov deyib ki, layihə çərçivəsində adıçəkilən kənddə yaşıl və alternativ enerji növlərindən istifadə ediləcək, "ağıllı idarəetmə" sistemi tətbiq olunacaq.
Kənddə insanların yaşayışı üçün lazımi infrastruktur qurulacaq. Kəndin ətrafında "Ağıllı kənd" təsərrüfatı sahəsi yaradılacaq. Beləliklə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olması üçün zəruri işlər həyata keçiriləcək. Burada xarici investisiya əsasında günəş paneli tarlası salınacaq. Layihənin gücünün 50 meqavat olması gözlənilir. Tarlada 20 daimi iş yeri yaradılacaq.
İnsanların məşğulluğunun təmin edilməsi üçün layihələr həyata keçiriləcək.
Millət vəkili əlavə edib ki, Dövlətyarlı kəndində ağıllı turizm həllərinin tətbiqi vasitəsilə kənd turizmi və otel infrastrukturunun yaradılması nəzərdə tutulub. Kənddə qurulan müəssisələrdə 40 daimi, 300-dək mövsümi iş yeri yaradılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: