Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ukrayna ordusu tədricən Xersonu azad edir'' - Zelenski

''Ukrayna ordusu tədricən Xersonu azad edir'' - Zelenski

Tarix: 22 Iyun 2022 07:58

Ukraynalı müdafiəçilər Luqansk vilayətində müdafiəni gücləndirir və Xerson vilayətini tədricən azad edirlər.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Volodimir Zelenski axşam müraciətində danışıb.

"Cəbhə xəttində vəziyyət ciddi şəkildə dəyişməyib. Ukrayna ordusu taktiki hərəkətlərin köməyi ilə Luqansk vilayətində müdafiəni gücləndirir. Həqiqətən də orda hazırda vəziyyət daha ağırdır. Ruslara çox ciddi təzyiqlər göstərirlər. Onlara Donetsk istiqamətində, Xarkov vilayətində də təzyiqlər göstərilir", - Prezident bildirib.

Zelenski vurğulayıb ki, Rusiyanın "amansız" və "həyasız" artilleriya atəşi ruslara heç nə verməyəcək, düşmən ordusu istənilən rasionallığa "kardır": "Ruslar sadəcə dağıdır, öldürürlər və bununla da guya yerlərində dayanmadıqlarını komandanlığa göstərirlər".

"Cənubda Nikolayev vilayətimizi, Zaporojye əyalətini müdafiə edir, Xersonu tədricən azad edirik", - Prezident vurğulayıb.

Milli.Az


Etiketlər:  Ukrayna ordusu tədricən Xersonu azad edir Zelenski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ