Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ölən əsgərin atası aclıq aksiyasına başlayıb

Ölən əsgərin atası aclıq aksiyasına başlayıb

Tarix: 22 Iyun 2022 14:46

2013-cü ildə ölən (rəsmi versiyaya görə intihar edən) erməni hərbçi Arman Muradyanın atası Ermənistan hökumət binası qarşısında müddətsiz aclıq aksiyasına və oturaq aksiyaya başlayıb.

Milli.Az bu haqda erməni KİV-lərinə istinadən xəbər verir.

2020-ci ilin yayında baş nazir Nikol Paşinyan işlərin hər birini araşdıracaq işçi qrupun yaradılmasını təklif etmişdi (Ermənistan ordusunda qeyri-döyüş şəraitində həlak olmuş əsgərlərin valideynlərinin dediyinə görə, sonra bu yaddan çıxdı). Bir neçə gün əvvəl Hovsep Mudaryan öyrənib ki, Komissiya onun oğlunun işindən yan keçib və ardıcıllığı pozaraq, növbəti işə baxmağa başlayıb.

Onun sözlərinə görə, 10 ilə yaxın müxtəlif ofislərin qapısında qaldıqdan sonra onun artıq gözləməyə vaxtı yoxdur. Muradyan razılaşmaya əməl etməyi, cinayət işinin bütün cildlərinin öyrənilməsini, müstəntiqlərin hərəkətlərinə qiymət verilməsini tələb edir.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Ölən əsgərin atası aclıq aksiyasına başlayıb


RƏYLƏR