Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2022 08:18
Belarusdan heç bir təhlükə yoxdur.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.
O bildirib ki, vəziyyət nəzarət altındadır.
"İndiki mərhələdə Belarus tərəfdən heç bir təhlükə yoxdur, mən bunu sizə tam əminliklə deyə bilərəm. Vəziyyət nəzarət altındadır", - deyə Budanov vurğulayıb.
Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi həmçinin qeyd edib ki, Belarusdakı hərbi cümlədən təlimlər, görüşlər, sərhədin möhkəmləndirilməsi aparılır.
Bu, hərbi əməliyyatların aparılması məqsədi daşımır.
Budanov bildirib ki, müvafiq niyyətlər ortaya çıxacağı təqdirdə, Ukrayna tərəfi təhdidləri qiymətləndirəcək və onlara adekvat cavab verəcək.