Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna Maksim Qalkini “qara siyahı”dan çıxardı

Ukrayna Maksim Qalkini “qara siyahı”dan çıxardı

Tarix: 23 Iyun 2022 21:02

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi rusiyalı şoumen Maksim Qalkini dövlətin milli təhlükəsizliyinə təhdid yaradan şəxslər siyahısından çıxarıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, Qalkin Ukrayna Təhlükəsizlik Xidmətinin tələbi ilə ötən ilin noyabrında "qara siyahı"ya salınmışdı. Onun hansı səbəbdən bu siyahıya salınması isə açıqlanmamışdı. Sosial şəbəkələrdə isə Qalkinin 2014-2015-ci illərdə Rusiya tərəfindən işğal olunan Krıma səfər etdiyi barədə məlumatlar yayılmışdı. 

Milli.Az


Etiketlər:  Ukrayna Maksim Qalkini qara siyahıdan çıxardı


RƏYLƏR