Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2022 23:56
Türkiyənin Marmaris bölgəsindəki meşə yanğınını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
34 yaşlı şübhəli törətdiyi əməli etiraf edib.
O, keçmişdə həmin rayonla bağlı yaranmış ticarət mübahisəsi ucbatından əsəbiləşib və hətta ailəsində yaranan problem səbəbindən özünü öldürmək istədiyini də bildirib.
Bundan başqa, hadisə yerində iki benzin bidonu da tapılıb.