Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Slovakiyada həkim səhvən xəstənin sağlam gözünü çıxarıb

Slovakiyada həkim səhvən xəstənin sağlam gözünü çıxarıb

Tarix: 24 Iyun 2022 09:38

Slovakiyada oftalmoloq cərrah xəstənin sağlam gözünü çıxarıb. Həkim səhvi nəticəsində kişi tamamilə kor olub.

Sonxeber.net bu barədə "Report"a istinadən xəbər verir. 

Hadisə Bratislava Universitet Xəstəxanasına məxsus klinikada baş verib. Həkimə müraciət edən kişinin kor gözü çıxarmalı olsa da, həkim sağlam orqanı əməliyyat edib.

Hadisədən sonra əməliyyatı həyata keçirən cərrah xəstələrlə işdən uzaqlaşdırılıb. Hazırda həkimə qarşı cinayət işi başlanıb. Bratislava polisi hadisənin bütün hallarını müəyyənləşdirir.


Etiketlər:  Slovakiyada həkim səhvən xəstənin sağlam gözünü çıxarıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ