Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Öldürdüyü qızının və gənc arvadının meyitlərini hamamda saxlayıb

Öldürdüyü qızının və gənc arvadının meyitlərini hamamda saxlayıb

Tarix: 25 Iyun 2022 14:54

Sankt-Peterburqda 1 yaşlı qızı və 22 yaşlı birgə yaşadığı xanımı öldürməkdə şübhəli bilinən 27 yaşlı gənc saxlanılıb.

Sonxeber.net bildirir ki, bu haqda Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Agentliyin məlumatına görə, 2020-ci ilin oktyabrında Kuznetsov prospektindəki mənzildə şübhəli şəxs azyaşlı qızını zorakılıqla yerə ataraq döyüb və nəticədə qız yerindəcə ölüb. 47News dəqiqləşdirir ki, kişi övladının anası ilə mübahisə edib və qızın ağlaması qonşuların diqqətini çəkdiyindən ata bu yolla onu susdurmağa çalışıb.

Qətldən sonra cütlük bir neçə gün qızlarının cəsədini hamamda saxlasalar da, parçalanma qoxusundan kişi qalıqları Cənubi Dənizkənarı Parka aparıb. Qalıqlar 23 mart 2021-ci ildə aşkar edilib. Araşdırma zamanı əməliyyatçılar atanın izinə düşüblər. Tutulduqdan sonra kişi ikinci qətldən danışıb.

2021-ci ilin fevral ayında kişi şübhələndi ki, həyat yoldaşı onu aldadır. Mash Telegram kanalının məlumatına görə, onun başqası ilə telefon danışığını eşidəndə arvadını boğub. O, meyiti bir müddət hamamda saxlayıb, sonra isə parka aparıb gizlədib. 

İrfan Vəliyev


Etiketlər:  Öldürdüyü qızının gənc arvadının meyitlərini hamamda saxlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ