Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kişi borclarına görə anasını öldürüb

Kişi borclarına görə anasını öldürüb

Tarix: 25 Iyun 2022 15:08

Moskva sakini borcuna görə anasını öldürərək intihar etməyi planlaşdırıb.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

"Cinayəti törətməkdə şübhəli bilinən mərhumun 33 yaşlı oğlu saxlanılıb, o, dindirilərkən təqsirini tam etiraf edib və müstəntiqə cinayəti külli miqdarda maliyyə öhdəlikləri ucbatından törətdiyini izah edib", - məlumatda deyilir. Şübhəli şəxs intihar etməyi planlaşdırdığını bildirib.

İstintaqın məlumatına görə, iyunun 23-də Moskvanın Nikitinskaya küçəsindəki evlərdən birinin mənzilində boyun nahiyəsinin kəsilmiş yarası olan 62 yaşlı qadının meyiti gələn polis tərəfindən aşkar edilib.

Faktla bağlı İzmaylovski Rayonlararası İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ("Qətl") ilə cinayət işi açıb. İstintaq saxlanılan şəxsin həbs olunması ilə bağlı vəsatət vermək niyyətindədir, departamentdən bildiriblər.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Kişi borclarına görə anasını öldürüb


RƏYLƏR