Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2022 15:54
Avstraliya sakini içərisində anasının külü olan baqajını itirən "Qantas" aviaşirkətindən şikayət edib.
Sonxeber.net bildirir ki, bu barədə Daily Mail yazır.
Nəşrin məlumatına görə, qadın Londondan Sidneyə uçub və gəldikdən sonra ona çamadan verilməyib - dörd gün ərzində çamadanın yeri naməlum qalıb. Daha sonra aviaşirkət sərnişindən üzr istəyib və insidentə görə baqajın daşınmasında bir müddət əvvəl problem yaşanan "Hitrou" hava limanını günahlandırıb.
Hazırkı məlumatlara görə, əşyalar gömrükdədir və Sidney hava limanına çatmağı gözləyir. "Biz başa düşürük ki, bu son dərəcə acınacaqlı bir vəziyyətdir. Üzr istəyirik", - "Qantas" açıqlamasında bildirib.
İrfan Vəliyev