Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oğru ianə oğurlamağa çalışıb, öldürülüb

Oğru ianə oğurlamağa çalışıb, öldürülüb

Tarix: 25 Iyun 2022 18:54

Avstraliyanın Djelonq şəhərindəki kafeyə girən cinayətkar ianə qutusunu oğurlamağa çalışıb və bunun əvəzini həyatı ilə ödəyib.

Milli.Az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

İyunun 20-də, bazar ertəsi səhər saat 5 radələrində Djelonq şəhərinin 48 yaşlı sakini kafeyə girib. Hücum edən şəxs ianə qutusunu oğurlamaq istəyib, lakin yerli sakinlərdən biri onu görüb və beysbol taxtası ilə oğruya hücum edib. Hücum nəticəsində oğru ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn polis kafenin vitrininin sındırıldığını, ətrafında isə ianə qutusunun olduğunu müəyyən edib. Məlum olub ki, onun içində cəmi 15 Avstraliya dolları (təxminən 10 ABŞ dolları) olub.

"Xəstəxanaya yerləşdirilən şəxsin həyati təhlükəsi olan xəsarətləri nəzərə alaraq, baş verənləri tam araşdırmalıyıq", - polis quldurun ölümündən əvvəl deyib.

Oğru daha sonra xəstəxanada dünyasını dəyişib. Müstəntiqlər cinayətkarı döyən 31 yaşlı yerli sakini dindirərək, onu hələlik sərbəst buraxıblar. Polis qeyd edib ki, onun hər hansı cəza alıb-almayacağı barədə danışmaq hələ tezdir, çünki hadisə ilə bağlı bütün faktların müəyyən edilməsi üçün əlavə araşdırma tələb olunur.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Oğru ianə oğurlamağa çalışıb öldürülüb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ