Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xameneinin mühafizə xidmətinin rəisi işdən qovuldu

Xameneinin mühafizə xidmətinin rəisi işdən qovuldu

Tarix: 25 Iyun 2022 20:02

İsraillə kəşfiyyat müharibəsində son məğlubiyyətlərinin nəticəsi olaraq SEPAH-ın yüksək rütbəli komandanlarının yerdəyişməsindən sonra, Həsən Məşruifərd İbrahim Cabbarinin yerinə İranın ali rəhbərinin şəxsi mühafizəsinə cavabdeh olan SEPAH-ın "Vəli-ye Əmr" birləşməsinin komandanı təyin edilib.

Milli.Az bildirir ki, bundan öncə İranın nüvə və hərbi proqramları ilə əlaqəli şəxslərini qoruya bilməməsi və SEPAH-ın Kəşfiyyat İdarəsinə bağlı bir neçə terror qruplarının Türkiyədə İsrail vətəndaşlarına sui-qəsd planı hazırlayarkən həbs edilməsinə görə, İranı  İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat (ETTELAAT) İdarəsinin rəisi Hüseyn Taib vəzifəsindən kənarlaşdırılıb.

Milli.Az


Etiketlər:  Xameneinin mühafizə xidmətinin rəisi işdən qovuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ