Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna daha dörd HIMARS alacaq

Ukrayna daha dörd HIMARS alacaq

Tarix: 27 Iyun 2022 07:12

HIMARS raket yayılım atəş qurğularının növbəti partiyası iyulun ortalarında Ukraynaya gələcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü brifinqdə bildirib.

Bildirilib ki, Ukrayna ərazisində dörd HIMARS həm istismar, həm də texniki xidmət və dəstək baxımından təlim keçmiş ekipaj tərəfindən xidmət göstərir.

Pentaqon sözçüsü əlavə edib ki, Birləşmiş Ştatlar dörd buraxılış qurğusunun ikinci partiyasının təhvil verilməsinə dair artıq razılığa gəlib. Bununla bağlı hələlik konkret tarix olmasa da bu təxminən iyulun ortalarında baş tuta bilər.

Xatırladaq ki, iyunun 23-də Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bildirib ki, Ukrayna Silahlı Qüvvələri yüksək mobil MLRS M142 HIMARS alıb.

Milli.Az


Etiketlər:  Ukrayna daha dörd HIMARS alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ