Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış aparıcı polislə evləndi - FOTOlar

Tanınmış aparıcı polislə evləndi - FOTOlar

Tarix: 27 Iyun 2022 12:55

Türkiyənin məşhur aparıcısı Müge Anlı ötən günlərdə ərə getməyə hazırlaşması xəbəri ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı ötən gün İstanbul Polis İdarəsinin Asayiş Şöbə Müdiri Şinasi Yüzbaşıoğlu ilə nikah masasına oturub. Toyda Anlının yaxın rəfiqəsi Zuhal Topal da yer alıb. O, bunla bağlı paylaşım edərək, dostunun ünvanına xoş sözlər yazıb. 

Çırağan Sarayda baş tutan nikah mərasimindən gəlinlə bəyin görüntüsü heç yerdə yayılmayıb.

Ondan əvvəl xına gecəsi keçirən Mügeni dostları Zahide Yetiş, Zuhal Topal və Şebnem Bursalı tək qoymayıb. 

Milli.Az


Etiketlər:  Tanınmış aparıcı polislə evləndi FOTOlar


RƏYLƏR