Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beyləqanda çoxmənzilli bina bir ildir ki, təhvil verilmir - Sakinlər narazıdır - VİDEO

Beyləqanda çoxmənzilli bina bir ildir ki, təhvil verilmir - Sakinlər narazıdır - VİDEO

Tarix: 27 Iyun 2022 17:32

Beyləqanda qəzalı mənzillərdə yaşan sakinlər üçün yeni çoxmənzilli yaşayış binası tikilib, amma istifadəyə verilmir. Yeni mənzillərinə köçmək ümidi ilə yaşayan sakinlər bir ilə yaxındır ki, gözləyirlər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasında tikinti işləri başa çatsa da, qapıları bağlı qalıb.  

Rayonda qəzalı mənzillərdə yaşayan sakinlər üçün yeni dörd mərtəbədən ibarət yaşayış binası tikilib. İnşaat işləri bir il əvvəl başa çatib, amma sakinlər bu günə qədər köçürülməyib.

Rayon sakinlərinin sözlərinə görə, uzun illərdir ki, qəzalı vəziyyətə, hər an uçmaq təhlükəsində olan mənzillərdə yaşayırlar. Dövlət komissiyası tərəfindən verilmiş rəy əsasında  onlar üçün yeni yaşayış binasının tikintisinə başlanılıb. Tikintiyə sevinən sakinlər onlara veriləcək yeni mənzillərin yolunu səbirsizliklə gözləyirlər.

Yaranmış vəziyyətlə bağlı dəfələrlə icra hakimiyyətinə müraciət edilsə də, hər dəfə yaxın vaxtlarda köçürüləcəkləri vədi verilib.

Məsələ ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətindən bildirilib ki, binaya dövlət komissiyası tərəfindən istismar aktı verilmədiyindən sakinlərin köçürülməsi ləngiyib. Artıq komissiya tərəfindən rəy verilib. Yaxın vaxtlarda sakinlərin köçürülməsi planlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az


Etiketlər:  Beyləqanda çoxmənzilli bina bir ildir ki təhvil verilmir Sakinlər narazıdır VİDEO


RƏYLƏR