Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya bu ölkənin vətəndaşlarına qarşı sanksiya tətbiq etdi

Rusiya bu ölkənin vətəndaşlarına qarşı sanksiya tətbiq etdi

Tarix: 27 Iyun 2022 21:24

Rusiya siyasi məmurlar da daxil olmaqla 43 Kanada vətəndaşına qarşı sanksiya tətbiq edir.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlikdən verilən yazılı açıqlamada Kanadanın Rusiya şirkətlərinin yüksək səviyyəli rəhbərləri və ailə üzvlərinə sanksiya qərarı verdiyi xatırladılıb.

Buna cavab olaraq 43 kanadalının sanksiya siyahısına salındığını və Rusiyaya girişinin "daimi" qadağan edildiyini bildirən açıqlama və sözügedən adların siyahısı dərc edilib.

Siyahıya bəzi nazirliklər və Baş nazir rəsmiləri, hakim Liberal Partiyasının nümayəndələri, habelə federal və regional rəsmilər, məktəb və universitet əməkdaşları, siyasi ekspertlər daxil edilib.

Kanada rəhbərliyinin anti-Rusiya siyasəti yürütdüyü vurğulanan açıqlamada, "Rusiya tərəfi Ottavanın düşmənçilik hərəkətlərinə qarşı tədbir görmək hüququnu özündə saxlayır" qeyd olunub.

Milli.Az


Etiketlər:  Rusiya bu ölkənin vətəndaşlarına qarşı sanksiya tətbiq etdi


RƏYLƏR