Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Real”ın qapıçısı bu şəkilə görə üzr istədi

“Real”ın qapıçısı bu şəkilə görə üzr istədi

Tarix: 20 Sentyabr 2019 17:25

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda PSJ-yə 0:3 hesabı ilə məğlub olan “Real”ın qapıçısı Alfons Areola azarkeşlərdən üzr istəyib.

Qol.az xəbər verir ki, oyundan sonra Paris klubunun futbolçuları Kilian Mbappe və Erik Çupo-Motinqlə birlikdə şəkil çəkdirən fransalı qolkiper sosial şəbəkə hesabında yazıb:

“Bu fotoya yazılan rəyləri görəndə, təəssüfləndim. “Real”a olan sədaqətimlə bağlı bütün şübhələri rədd edirəm. Bu məğlubiyyət hər kəs kimi mənə də təsir etdi. Oyundan sonra keçmiş komanda yoldaşlarım və vida edə bilmədiyim insanlarla görüşdüm. Bununla bağlı narahat olan bütün azarkeşlərdən üzr istəyirəm. Ümid edirəm ki, birlikdə böyük uğurlar qazanacağıq”.

Qeyd edək ki, sözügedən oyunda "Real"ın qapısını Tibo Kurtua qoruyub.


 


Etiketlər:  Realın qapıçısı bu şəkilə görə üzr istədi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ