Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəbdə Xameneiyini təbliğ edən müəllim cəzalandırıldı - YENİLƏNİB - VİDEO

Məktəbdə Xameneiyini təbliğ edən müəllim cəzalandırıldı  - YENİLƏNİB - VİDEO

Tarix: 28 Iyun 2022 19:54

19:50

Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlaxda orta məktəbdə müəllimin şagirdlərə dini mahnı oxutduğu görüntülərlə bağlı açıqlama yayıb.

Təhsil İdarəsindən verilən görə, hadisə Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib.

"Məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb. Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib", - İdarədən qeyd edilib.

--------

13:15

Azərbaycanda fəaliyyət göstərən məktəblərinin birində şagirdlərə İranın ali dini lideri Xameneiyə həsr olunmuş mahnı ifa etdirilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Görüntülərin Yevlax rayonundakı məktəblərin birində çəkildiyi qeyd edilib. 

Eyni zamanda, görüntülərdə Azərbaycan bayrağının yanlış asılması da əks olunub. 

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ barədə açıqlama veriləcək. 


Etiketlər:  Məktəbdə Xameneiyini təbliğ edən müəllim cəzalandırıldı YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ