Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2022 17:38
2011-ci ilin martından bəri Suriyada 306 887 mülki şəxs qətlə yetirilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet bildirib.
Ali Komissar bu rəqəmin indiyədək ən böyük təxmin olduğunu qeyd edib.
Mişel Baçelet əlavə edib ki, bunlar sadəcə birbaşa hərbi əməliyyatlar nəticəsində həyatını itirənlərdir və səhiyyə çatışmazlığından, qida və ya təmiz su qıtlığından ölənlər, eləcə də mülki olmayan itkilər bura daxil deyil.