Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərxoş kişi kluba gələnləri güllələdi - VİDEO

Sərxoş kişi kluba gələnləri güllələdi - VİDEO

Tarix: 28 Iyun 2022 19:32

Rusiyanın Primorsk diyarında sərxoş vəziyyətdə kluba gələn şəxs təsadüfi insanlara atəş açıb. O, üç nəfəri yaralayıb.

Milli.Az bildirir ki, hadisənin videosu "Baza" telegram kanalında paylaşılıb.

Atışma iyunun 26-da, dənizkənarı Artyom şəhərindəki "Mayak" gecə klubunun yaxınlığında, gecə yarısı baş verib. Müəssisədə sərxoş olan Andrey Rıçkov küçəyə çıxıb və başqa bir şəxslə mübahisə edib.

Mübahisə Andreyi əsəbləşdirdi və o buna görə tez evə getdi və "Sayqa" silahı ilə kluba qayıtdı. Lakin Andrey cinayətkarı axtarmayıb və nədənsə müəssisənin girişində təsadüfi insanlara atəş açmağa başlayıb. Xoşbəxtlikdən atəş açan şəxs heç kimi öldürməsə də, üç nəfəri yaralayıb.

Tezliklə hadisə yerinə klubun mühafizəçisi tərəfindən çağırılan rus qvardiyasının əsgərlərindən ibarət dəstə gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Andreyi saxlayıblar və indi onu silahdan istifadə ilə xuliqanlıq maddəsi ilə cəza gözləyir - gələcəkdə bu, yeddi ilədək həbs müddətinə çevrilə bilər.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Sərxoş kişi kluba gələnləri güllələdi VİDEO


RƏYLƏR