Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2022 21:27
Çeçenistanın başçısı Ramzan Kadırov "Stomatologiyaya xidmətə görə" ordeninin I dərəcəsi ilə təltif edilib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə respublika başçısı özünün "VKontakte" sosial şəbəkəsindəki səhifəsində bildirib.
O qeyd edib ki, iyunun 27-də Qroznı 1 saylı stomatoloji klinikasının açılış mərasimində iştirak edib.
Çeçenistan rəhbəri Respublika Stomatoloji Klinikasının baş həkimi Yunus Umarovu Axmat Kadırov ordeni ilə təltif edib.
Bundan əlavə, Kadırov Respublika Stomatoloji Poliklinikasının rentgen - laborantı Rovzan Əlcəriyevaya təşəkkür məktubu təqdim edib.
"Tədbir zamanı Çeçenistan Respublikasının stomatoloji xidmətinin inkişafına verdiyim töhfəyə görə məni Rusiya Stomatoloji Assosiasiyasının "Stomatologiyada xidmətlərinə görə" ordeninin I dərəcəsi ilə təltif etdilər", - deyə Kadırov bildirib.