Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bacısını öldürüb xəlvətcə dəfn edən qardaşdan xəbər var

Bacısını öldürüb xəlvətcə dəfn edən qardaşdan xəbər var

Tarix: 28 Iyun 2022 23:40

Şirvanda qətl törətməkdə təqsirləndirilən Alim Rəsulovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Milli.Az pravda.az-a istinadən bildirir ki, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası iyulun 5-nə təyin edilib.

Qeyd: Bu il martın 14-də 70 yaşlı Şirvan şəhər sakini Bəhruzə Rəsulovanın naməlum şəkildə ölməsi, hər hansı aidiyyatı təşkilatlara məlumat verilmədən meyitin dəfn edilməsi ilə bağlı Şirvan Şəhər Prokurorluğuna daxil olan müraciət əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zəruri cinayət-prosessual hərəkətlər icra edilməklə yanaşı, meyitin qəbirdən çıxarılması (ekshumasiya) çıxarılması təmin edilməklə məhkəmə-tibb ekspertinə təqdim edilib.

Meyitin məhkəmə-tibb müayinəsi zamanı bədənində ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid qalxanvari vəzi ətraflarında yumşaq toxumalarda geniş ölçüdə qansızma və dilaltı sümüyün sınığı xəsarətləri aşkar edilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

Keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, 54 yaşlı Alim Rəsulov martın 14-ü, saat 7 radələrində yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı bacısı Bəhruzəni əllə boğaz nahiyəsindən vuraraq öldürüb.

Məhkəmə-tibb ekspertizası zamanı Alim Rəsulovun sağ əlinin üst və sağ ön boyun nahiyələrində sıyrıq xəsarətlərinin olduğu müəyyən edilib. Alim Rəsulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Milli.Az


Etiketlər:  Bacısını öldürüb xəlvətcə dəfn edən qardaşdan xəbər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ