Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cüneyt Arkının vəsiyyəti açıqlandı

Cüneyt Arkının vəsiyyəti açıqlandı

Tarix: 29 Iyun 2022 00:30

Türk kinosunun əfsanəvi simalarından olan Cüneyt Arkın dünən axşam saatlarında evində halı pisləşərək xəstəxanaya aparılıb. Bütün cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, ölümündən sonra aktyorun vəsiyyəti ortaya çıxıb.

Cüneyt Arkın daha əvvəl Bilal Özcanın "Laf aramızda" proqramında iştirak etmiş və söhbət zamanı qazandığı pulla heç vaxt sərmayə etmədiyini demişdi: "Pulun, şöhrətin qədrini bilmədik. Uzun ömür yaşasam, səfalət içində qala bilərəm, ölə bilərəm".

Atlara xüsusi marağı ilə tanınan Cüneyt Arkın proqramda vəsiyyətini açıqlayıb:

"Atım Həsrətimin yanında dəfn olunmaq istədim. Amma sonra səhv başa düşüləcəyindən qorxdum. "Məni valideynlərimin yanında dəfn edin", dedim".


Etiketlər:  Cüneyt Arkının vəsiyyəti açıqlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ