Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Meymunçiçəyi pandemiyasından danışmaq hələ tezdir''

''Meymunçiçəyi pandemiyasından danışmaq hələ tezdir''

Tarix: 29 Iyun 2022 21:33

Meymunçiçəyini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəsmən pandemiya elan etməyib. Sadəcə nəzarət və profilaktika mərkəzləri bəzi xəstəliklərin pandemiya xarakteri alması təhlükəsi haqda narahatlıq ifadə edirlər.

Sonxeber.net xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla Ümumdünya Səhiyyə Şəbəkəsinin meymunçiçəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

"Bu xəbərlər ölkələrdə meymunçiçəyi xəstəliyinə yoluxanların sayının artmasına görə yayılır. Pandemiya təkcə ölkədə yoluxanların sayı ilə deyil, həm də əhali sıxlığı ilə ölçülür. Ona görə də meymunçiçəyi pandemiyasından danışmaq hələ tezdir. Bunun hansısa pandemiya şəkli almamağının bir səbəbi hava-damcı yoluyla yayılmamasıdır.

Bununla bağlı lazımi işlər aparılır. ÜST-in tövsiyələri əsasında ayrı-ayrı ölkələr karantin və müalicə tədbirləri aparırlar. Bu məhdudlaşdırıcı tədbirlərin sayəsində meymunçiçəyinin qarşısını ala biləcəyik",- professor deyib.


Etiketlər:  Meymunçiçəyi pandemiyasından danışmaq hələ tezdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ