Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə inflyasiya son 37 ilin ən yüksək səviyyəsinə çatıb

Bu ölkədə inflyasiya son 37 ilin ən yüksək səviyyəsinə çatıb

Tarix: 29 Iyun 2022 22:04

İyun ayında İspaniyada istehlak qiymətləri əvvəlki ayda 8,7% bahalaşmadan sonra illik ifadədə 10,2% artıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu İspaniya Statistika İdarəsinin ilkin məlumatları sübut edir.

Nəticə 1985-ci ilin aprelindən bəri ən yüksək göstəricidir.

İyun ayında ölkədə aylıq inflyasiya may ayındaki 0,7%-ə qarşı 1,8% təşkil edib.

İnflyasiyanın sürətlənməsinin əsas səbəbi kimi yanacağın, eləcə də ərzaq və alkoqolsuz içkilərin bahalaşması göstərilir.

Qida və enerji istisna olmaqla, İspaniyada istehlak qiymətləri may ayında 4,9% artdıqdan sonra iyunda 5,5% artıb.

Milli.Az


Etiketlər:  Bu ölkədə inflyasiya son 37 ilin ən yüksək səviyyəsinə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ