Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşağın göbəyinin kəsilməsi mütləq lazımdırmı?

Uşağın göbəyinin kəsilməsi mütləq lazımdırmı?

Tarix: 30 Iyun 2022 09:00

Adətən uşaq doğulduqdan bir-neçə dəqiqə sonra onun göbəyini kəsirlər. Amma, son zamanlar bəzi həkimlər doğuşdan sonra körpənin göbəyini kəsmirlər, onun özü-özünə qopub ayrılmasını gözləyirlər. Bu üsul təbii sayılır və ana ilə uşağın birdən-birə ayrılmamasına səbəb olur. Bu zaman uşaq anasından qəfil ayrılmır və bir müddət ondan qidalana bilir. Amma həkimlərin əksəriyyəti bu üsulun uşaq üçün təhlükəli olacağını söyləyirlər. Belə ki, bu zaman uşağı infeksiya təhlükəsi gözləyir.

Göbəyin öz-özünə quruyub düşməsinin tərəfdarı olan mütəxəssislər doğulan kimi göbəyin kəsilməsinin uşaq üçün lazımsız stressə səbəb olduğunu qeyd edirlər. Onların idealogiualarına görə doğulan kimi göbəyi kəsilən uşaq anasından qəfil ayrılır. Onlar körpənin öz arzusuyla dünyaya gəldiyini qeyd edərək, göbəyinin də öz arzusuna uyğun olaraq kəsilməsini daha məqsədəuyğun bilirlər. Bu qayda tətbiq edildikdə uşaq göbək ciyəsiilə birlikdə xüsusi qaba qoyulur və 10 gün müddətinə göbək özü tədricən quruyub qopur.

Mütəxəssislər bu qaydanın uşaqlar üçün yanlız infeksiya baxımından təhlükəli olması qeyd edirlər. Belə ki, göbək ciyəsindəki qan infeksiyalaşa və infeksiyanı uşağa ötürə bilər. Göbək ciyəsində qan dövranının pozulması zamanı əmələ gələn infeksiya uşağı xəstələndirə bilər. Mütəxəssislər göbək ciyəsi bu üsulla ayrılmış uşaqların analarına körpələrinin infeksiyaya yoluxub-yoluxmamasını nəzarət altında saxlamağı məsləhət bilir.


Etiketlər:  Uşağın göbəyinin kəsilməsi mütləq lazımdırmı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ