Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

79 yaşlı kişi 21 yaşlı arvadını boşanmaq istədiyi üçün güllələyib

79 yaşlı kişi 21 yaşlı arvadını boşanmaq istədiyi üçün güllələyib

Tarix: 1 Iyul 2022 05:14

Mexikoda 79 yaşlı kişi boşanmaq istədiyini bildirən 21 yaşlı həyat yoldaşını güllələyib.

Sonxeber.net bildirir ki, bu barədə Daily Mirror məlumat yayıb.

Qətl iyunun 23-də baş verib. Müğənni İrma Lidiya və həyat yoldaşı Xesus Hernandes yapon restoranında ayrıca kabinetdə görüşüblər. Nahar zamanı cütlük söyüş söyməyə başlayıb, daha sonra müəssisədə olan bir polis məmuru 3 atəş səsi eşidib. Kabinetə girəndə o, qan içində yerdə uzanmış Lidiyanı görüb.

Hernandes və onun mühafizəçisi Benjamin Hernandes avtomobilə minib oradan uzaqlaşmaq istəyərkən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, kişi dəfələrlə həyat yoldaşını fiziki zorakılıqla hədələyib. Lidiya 2021-ci ildə Hernandes tərəfindən döyüldükdən sonra polisə müraciət edib, lakin sonda evliliyə bir şans daha vermək qərarına gəlib. Vəziyyət dəyişməyib və aprel ayında qız boşanmaq üçün ərizə verib və bu, ərini qəzəbləndirib.

İş üzrə ilk məhkəmə iclası bazar günü, iyunun 26-da keçirilib. Hernandes özünü təqsirli bilməyib və yaşının çox olması səbəbindən ev dustaqlığına buraxılmasını istəyib, lakin hakim tələbi rədd edib. İkinci iclas iyunun 30-na təyin edilib.

İrma Lidiya müğənni, rəqqasə və aktrisa idi. O, Meksikanın ən məşhur iş adamlarından biri olan Karlos Kinonesin ailəsində anadan olub. Lidiya uşaqlıqdan musiqiyə həvəs göstərir və sonda konsertlərdə və tədbirlərdə iştirak etməyə başlayır. Qısa karyerası ərzində o, bir çox meksikalı ifaçılarla əməkdaşlıq etməyi bacarıb və hətta mədəniyyət sahəsində Milli Mükafat alıb. 2021-ci ildə Lidiya özündən 58 yaş böyük olan vəkil Xesus Hernandeslə evlənib.

İrfan Vəliyev


Etiketlər:  yaşlı kişi yaşlı arvadını boşanmaq istədiyi üçün güllələyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ