Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2022 12:10
Müğənni Aysun İsmayılova ötən gün dənizkənarı məkanların birində toy edib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, ifaçı gecədə 4 libas dəyişməsi ilə gündəmə gəlib. Aysunun həyat yoldaşı Eşqin Cəlilov isə geyim dəyişib. Qonaqlara isə dress-kod təyin edilib. Belə ki, qadınların ağ, kişilərin isə qara geyinməsi tələb olunub.
Əsasən gənclərin qonaq olduğu gecədə müğənnilər Şəbnəm Tovuzlu, Türkan Vəlizadə, aktrisalar Pərvin Abıyeva, Nərgiz Əliyeva və başqaları iştirak edib.
Bəyin valideynləri toyda iştirak etsə də, müğənni Rəqsanə İsmayılova xəstə olduğu üçün qızının toyuna qatılmayıb. Nənəsi və xalası isə Aysunun şad günündə olub.