Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2022 13:38
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1000 kubmetrinin qiyməti 1 600 ABŞ dollarına yaxınlaşıb.
1 iyul tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) avqust fyuçerslərinin qiyməti 1 590,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 1,9% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.