Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda tanınmış tamada bıçaqlandı

Bakıda tanınmış tamada bıçaqlandı

Tarix: 2 Iyul 2022 07:30

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Mikayıl Əliyev 9b ünvanında yerləşən "Altun" şadlıq sarayında qeydə alınıb.

Şadlıq sarayında məclis aparan Mehdiyev Yaqub İsaq oğlu toyda qonaq olan şəxsin hücumuna məruz qalıb.

Qeyd edək ki, bıçaqlanan Y.Mehdiyev Natiq Dağlar oğlu təxəllüsü ilə tanınan tamadadır.

O, bel nahiyəsindən bıçaqlanıb. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində yaralanan atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb.


Etiketlər:  Bakıda tanınmış tamada bıçaqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ