Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncədə bank hesabından pul oğurlayan şəxs tutulub

Gəncədə bank hesabından pul oğurlayan şəxs tutulub

Tarix: 2 Iyul 2022 08:22

Gəncə şəhər sakinin bank hesabından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Gəncə şəhər sakini, Ə.Rəcəbov Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onun bank hesabından 369 manat oğurlanıb.

Polis əməkdaşıarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, C.Əsgərov saxlanılıb.

Qeyd edək ki, C.Əsgərov keçmiş məhkum olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az


Etiketlər:  Gəncədə bank hesabından pul oğurlayan şəxs tutulub


RƏYLƏR